Novella Cəfəroğlu Qubad İbadoğlundan danışdı: “Qorxaqdır”

saytların hazırlanması

Evə çatdırılma

Novella Cəfəroğlu Qubad İbadoğlundan danışdı: “Qorxaqdır”

Siyasət

08 Avqust 2023 15:48 2438


Ümumiyyətlə, Qubad ibadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram.

Yenisabah.az Sherg.a-a istinadla xəbər verir ki, bunu hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib.

O deyib: "Mən hesab edirəm ki, bu işi çox da şişirtmək lazım deyildi. Yəni daxildə həll etmək olardı. Ümumiyyətlə, Qubad ibadoğlunun FETÖ ilə bağlı olduğuna inanmıram. Çünki o suyu belə üfürə-üfürə içir. Amma Türkiyənin bu işə qarışması bəzi suallar yaradır. İndi gözləyək, görək, sonu necə olacaq". Toyuqlu pizza

N. Cəfəroğlu əlavə edib ki, Q. İbadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar:

"Qubad ibadoğlu dünyada tanınmış iqtisadiyyatçıdır. Onu ABŞ tanıyır və İngiltərnin məşhur universitetində dərs deyir. Yəni elə şeylər var ki, güzəştə getmək olar. Ən azından Qubad ibadoğlunu ev dustağı edib, tədqiqatı aparmaq olar.  Ona görə ki, xəstə adamdır. Ümumiyyətlə, onun FETÖ ilə əlaqə quracağını düşünmürəm. Çünki FETÖ ilə işləyən qurd ürəyi yeməlidir. Qubad isə qorxaq adamdır. Yenə də məhkəmənin sonunu gözləmək lazımdır".

Xatırladaq ki, 15 gün əvvəl Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Q. İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılan və Azərbaycana İstanbul Fazil Qasımov isə Türkiyənin Özyeğin və Hollandiyanın Tilburq Universitetində Beynəlxalq Biznes İdarəçiliyi ixtisası üzrə təhsil alıb. Daha sonra təhsilini Türkiyənin İstanbul Universitetində doktorantura pilləsi üzrə davam etdirib. Hüquq və iqtisadiyyat üzrə fəlsəfə doktorudur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!