Novruz Məmmədov ipoteka ilə bağlı bu qaydanı ləğv etdi

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov ipoteka ilə bağlı bu qaydanı ləğv etdi

İqtisadiyyat

03 May 2019 04:10 1100


Nazirlər Kabineti "Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 31 avqust tarixli qərarı ləğv edib.

“Yeni Sabah” xəbər verir ki, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” dövlət başçısının 2019-cu il 14 yanvar tarixli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə “Güzəştli ipoteka kreditləşməsi məqsədi ilə yaşayış sahəsinin 1 kvadratmetri üçün orta bazar qiymətinin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 31 avqust tarixli qərarı ləğv edilib. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!