Baş Nazir Novruz Məmmədov iki gün Azərbaycaanda gündəm olan və ötən gün ölkə prezidentinin ləğv olunmasına göstəriş verdiyi “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” qərara edilən dəyişikliyin ləğv olunması haqda sənəd imzalayıb.
“Yeni Sabah” xəbər verir ki, qərarda deyilir:
1. “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər ¬Kabinetinin 1993-cü il 27 dekabr tarixli 636 nömrəli Qərarının 5-ci hissəsində “1-8” rəqəmləri “1-4, 6-8” rəqəmləri ilə əvəz edilsin və 5 saylı əlavəsi ləğv edilsin. pizza sifarişi
2. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli və “Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında” 2004-cü il 30 sentyabr tarixli 145 nömrəli qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 31 yanvar tarixli 30 nömrəli Qərarının 1.2-ci bəndində “1-7” rəqəmləri “1-4, 6, 7” rəqəmləri ilə əvəz edilsin və 5 nömrəli əlavəsi ləğv edilsin.
Telegram kanalımız