Novruz Məmmədov: “Səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam”

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov: “Səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam”

Siyasət

03 Aprel 2026 12:27 530


"Mən işləmirəm, təqaüdə çıxmışam. Hazırda öz işlərimi görürəm, kitablarımı, məqalələrimi yazıram. Başqa işlərim də var, üzərində işləyirəm".

"Yeni Sabah" Oxu.az-a istinadla xəbər verir ki, bunu sabiq baş nazir Novruz Məmmədov deyib.

O bildirib ki, səhhətində heç bir problem yoxdur: pizza

"Mənim səhhətimdə problem olduğunu deyənlərdən də artıq yaşayacağam. Şükür, yaxşıyam".

Xatırladaq ki, Azərbaycanın 9-cu Baş naziri olmuş N.Məmmədov vəzifəyə təyin olunduqdan 6 ay sonra öz ərizəsi ilə işdən çıxmışdı.

79 yaşlı N.Məmmədov 19 noyabr 2019-cu il tarixində Azərbaycan Dillər Universitetində Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsinə təyin olunmuşdu. 2024-cü ilin mayında isə bu vəzifədən azad olunmuşdu.

N.Məmmədova yaxın olan dairələrin verdiyi məlumata görə, onun səhhətində ciddi problemlər olduğundan işə çıxması mümkünsüzdür. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!