Novruz Məmmədov Türkmənbaşı ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Novruz Məmmədov Türkmənbaşı ilə görüşdü

Siyasət

12 Avqust 2019 13:57 1096


Azərbaycanın Baş Naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Birinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Türkmənistanın Türkmənbaşı şəhərində səfərdədir.

“Yeni Sabah” Azərtac-a istinadən xəbər verir ki, avqustun 12-də Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Baş Naziri Novruz Məmmədov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən ilin noyabrında Türkmənistana rəsmi səfərinin, səfər çərçivəsində aparılan danışıqların və imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi baxımından önəmli rol oynadığı qeyd edilib. Dominos pizza

Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycan ilə çoxəsrlik dostluq və mehriban qonşuluq ənənələrinə uyğun olaraq uzunmüddətli tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlı olduqlarını bildirib.

Tərəflər Türkmənistan-Azərbaycan dialoqunun mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Görüşdə qeyd olunub ki, Xəzər regionu üzrə qonşu olan Azərbaycan və Türkmənistan müasir dövrün aktual problemlərinin həll yollarının axtarışında strateji tərəfdaş kimi çıxış edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!