Novruzda bahalaşma ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Novruzda bahalaşma ola bilər

Sosial

12 Fevral 2019 17:54 872


“Azərbaycan Turizm Assosiasiyası (AzTA)otellərin menecerlərinə tövsiyələr verib ki, bayram günləri süni qiymət artımına yol verməsinlər. Çünki süni qiymət artımı turistləri Azərbaycandan uzaqlaşdırır”.

Bu sözləri “Yeni Sabah” açıqlamasında AzTa-nın sədr müşaviri Müzəffər Ağakərimov ddeyib. Onun sözlərinə görə, bununla onlar qonşu ölkələrə, Gürcüstana, İrana  gedirlər. 

“Bu zaman bizdə turist artımı olmur. Kim ağıllı sahibkardır, idarəetməni düzgün qurur, o əlavə qazancı, əlavə xidmətlər göstərməklə əldə edə bilər. Nömrələrin və ya digər qiymətləri artırmaqla  deyil, müxtəlif çeşidli, həm kəmiyyət, həm keyfiyyətcə  xidmətlər göstərərək  qazanmaq olar.  Çünki  gələn turistlər görürlər ki, qiymət 1 manat əvəzinə 5 manatdır, elə bilirlər ki, 365 gün həmin qiymətdir. Gələn dəfə  tanışlarına digər ölkələrə getməyi tövsiyə edirlər.  Pepperoni pizza

Monitorinqlər aparılıb. Hələlik qiymətlərdə artım müşahidə olunmur. Çünki otellər qiyməti qaldırarsa, rəqabət nəticəsində insanlar bu oteldən digərinə, bir restorandan başqasına üz tuta bilər. Novruz bayramı yaxınlaşanda bahalaşma ola bilər”. 

M. Ağakərimov bildirib ki, xarici səfərlərdə  qiymət artımı ola bilməz:

“Ən ucuz Türkiyə, İrandır. Xaricə getmək axını 2018-ci ildə  az olub, əhalimiz əsasən, daxili turizmə üstünlük verib. Bunun səbəbi də devalvasiya, bir də Avropa ölkələrində təhlükəsizliklə bağlıdır. İnsanlar ailəlikcə respublika daxilində dincəlməyə üstünlük veriblər. Bu da daxili turizmin inkişafına təkan verir”.

Əsmər Qabil


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!