Novxanı-Saray yolunda müəmma: Sürücülərin qarışdırdığı siqnallar - Video

saytların hazırlanması

Evə çatdırılma

Novxanı-Saray yolunda müəmma: Sürücülərin qarışdırdığı siqnallar - Video

Sosial

11 Avqust 2025 23:58 563


Baku TV-nin "Necə olmalıdır?" rubrikasının yeni buraxılışı yayımlanıb.

Bu dəfə Masazırda Duz gölü kimi tanınan ərazidə sürücülərin qarşılaşdığı problem barədə məlumat verilib.

Bildirilib ki, qaydaya görə, Novxanıdan Saray qəsəbəsi istiqamətində düzünə getmək istəyənlər soldan gələnlərə yol verməlidirlər. Çünki düzünə gedənlərə daim yaşıl işıq əlavə bölmədə göstərilir. pizza

Lakin göldən sola dönənlərə isə yaşıl işıq əsas bölmədə yanır. Bunu bilməyən sürücülər kəsişmədə qayda pozuntusuna yol verirlər.

Qaydalardan xəbərdar olanlar isə digər sürücülərə yol verib sonra keçirlər.

Vurğulanıb ki, bəzən yol nişanlarını əsas götürənlər də olur. Yaddan çıxarmaq olmaz ki, yol nişanı yalnız işıqfor işləmədikdə qüvvədə olur.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!