“Nüfuzdan düşən adamlar Həcc ziyarətinə, Kərbəlaya, Məşhədə gedib-gəlməklə...”   – Hacı Rahim

saytların hazırlanması

Evə çatdırılma

“Nüfuzdan düşən adamlar Həcc ziyarətinə, Kərbəlaya, Məşhədə gedib-gəlməklə...” – Hacı Rahim

Din

28 İyul 2020 15:37 1472


Son illər ölkəmizdə hacılar bir növ qınaq obyektinə çevrilib. Bunun səbəbi isə bəzi məşhurların qeyri-rəsmi nikahda yaşadıqları şəxsləri ictimaiyyətə hacı kimi təqdim etmələridir. Artıq hacı dedikdə ağıla ilk olaraq hansısa müğənni ilə münasibəti olan imkanlı bir şəxs gəlir. Lakin məlumdur ki, bizim dinlə məşğul olan, insanları doğru yola səsləyən hacılarımız da az deyil. 

Dini məsələlər üzrə ekspert Hacı Rahim Yenisabah.az-a açıqlamasında bildirib ki, gündəlik Allahın razılığını qazanmaq istəyən insanlar heç vaxt hacılar haqqında belə düşünmür:

“Mən belə düşünməzdim. Hacı deyəndə ola bilər ki, bəzi şəxslərin ağlına ilk o tip hacılar gəlir. Onlar biraz Allahdan kənar insanlardır. Bunu tənqid və ya təhqir kimi demirəm. Sadəcə gündəlik Allahın razılığını qazanmaq istəyən və qazanan insanlar heç vaxt onu düşünməzlər. Çünki onlar hər gün Allahla rabitədədirlər, ibadət edirlər. Digər şəkildə düşünən şəxslər, yəni hacı deyəndə ağıllarına başqa məqamlar gələnlər Allahın ibadətindən bir qədər kənarda qalanlardır. Bununla bağlı bir misal çəkim. Deməli, bir oğru gəlib namaz qılır. Amma sənəti oğurluqdur. Bu şəxs namaz qıla-qıla gedib oğurluq edəndə demirlər ki, oğru namaz qılır. Deyirlər ki, namaz qılan oğurluq edir. Yəni zatən bu adamın fitrəti, zatı bəllidir. O əvvəlcədən oğurluqla məşğul olub. Namaz qılmağa sonradan başlayıb. Bunun namaz qılma tərəfinə daha çox diqqət edilməlidir”. pizza sifarişi

Ekspert qeyd edib ki, son zamanlar bəzi insanlar cəmiyyətdə nüfuzlarının düşdüyünü, heç nə əldə edə bilmədiklərini görürlər və Həcc ziyarətinə, Kərbəlaya, Məşhədə gedib-gəlməklə bunun qarşısını almağa çalışırlar, yəni insanların inancı ilə oynayırlar:

“Belə bir abu-hava yaranıb. Pis xislətli əməllərini o adlarla hardasa örtməyə çalışırlar. Bundan çəkinmək lazımdır. Məsələn, Hz. Əlinin zamanında yanına bir nəfər gəlir və deyir ki, ya Əli, mən Müaviyənin sarayında uzun illər xidmət edənlərdən biriyəm. Amma indi vəziyyəti başa düşmüşəm, bu yol doğru yol deyil. Gəlmişəm sən tərəfə, tövbə edirəm, məni qəbul et. Allaha dua et ki, mənim tövbəmi qəbul eləsin. Hz. Əli insanın üzünə baxanda yeddi arxa nəslini bilərdi, nəyin yalan, nəyin doğru olduğunu hiss edərdi. Təbəssüm edərək bildirir ki, Allaha dua edərəm, inşallah, tövbəni qəbul edər. Allah da qəbul edir. Üstdən bir neçə gün keçir, adam təkrar Hz. Əlinin yanına gəlir. Deyir ki, ya Əli, məni əfv elə, mən Müaviyənin yanında olanda sübh namazını qəzaya verməzdim, amma sənin yanına gələndən mən sübh namazına dura bilmirəm, günah günah arxasınca gəlir, bunun səbəbi nədir? Hz. Əli təbəssüm edərək deyir ki, Müaviyənin (İmam Əlinin qatili) yanında günah etməyinə ehtiyac yoxdur ki, Müaviyə onsuz da günahkarın  böyüyüdür. Onsuz da sən günahın içindəydin, Şeytan niyə əlavə vaxt sərf edib səni yoldan çıxarsın ki?! Sən indi Hz. Əlinin yanındasan, hünərin varsa, Əlinin yanında günah eləmə. Mən düşünürəm ki, elə bu cür əməllərə görə Allah yollarımızı bağladı. Altı aya yaxındır ki, bütün ziyarətlərimiz, məscidlərimiz bağlıdır. Mən özüm ziyarət şirkətinin rəhbəriyəm. Amma 6 aydır ki, heç bir ziyarətə gedə bilmirəm və təəssüf hissi keçirirəm. İnsan bu yollar üçün darıxır. O ziyarətdə insanın ruhu təmizlənir. Bəlkə də bu cür şəxslərin üzündən Allah o qapıları üzümüzə bağladı ki, biraz özünüzə gəlin”.

Sayad HƏSƏNLİ

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!