Nuland Ankaraya S-400 şərti qoydu

saytların hazırlanması

Evə çatdırılma

Nuland Ankaraya S-400 şərti qoydu

Dünya

30 Yanvar 2024 13:46 531


Ankaranın Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni Amerikanın beşinci nəsil F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır.

Yenisabah.az CNN Türk-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Viktoriya Nuland bildirib.

O qeyd edib: “Patriot" hava hücumundan müdafiə sisteminin satışı ilə bağlı danışıqlar prosesində idik, onlar davam edərkən Türkiyə fərqli istiqamətə getdi. Ona görə də bu gün bir neçə müzakirə apardıq. Şübhəsiz, S-400 problemini həll edə bilsək, bu, istədiyimizdir, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq”. pizza hut

Nulandın sözlərinə görə, əvvəlcə başqa bir məsələ həlli və eyni zamanda, Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin edilməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!