Nura cəmiyyəti ikiüzlü hesab edir

saytların hazırlanması

Evə çatdırılma

Nura cəmiyyəti ikiüzlü hesab edir

Şou

08 Aprel 2026 09:52 263


“İnsanlar bu dünyadan köçənlərdən ayrı düşdükləri üçün ağlayırlar. Amma sağlığında dostluq etdikləri, sevdikləri, ümid verdikləri insanlardan da ayrılıb rahat həyatlarına davam edə bilirlər. İnsanlar dünyaya gətirdikləri öz uşaqlarını belə sevgi və qayğı vermədən tərk edə bilirlər”.

“Yeni Sabah” xəbər verir ki, bunu Nura Suri bildirib.

Müğənni qeyd edib ki, insanlar əslində hiss etdikləri kədərdə belə səmimi ola bilmirlər, vicdanla deyil, daha çox “çərçivə”, adət, cəmiyyətin qəbul etdiyi davranışlarla yaşayırlar: Dördpendirli pizza

“Çoxu yalnız müəyyən çərçivə daxilində düşünüb danışır. Sanki hamı bir gün öləcəyini və bu dünyadan gedəcəyini dərk etmir. İnsanlar bir-birinə sağ ikən dəyər verməyi öyrənməlidir. Kimin üçünsə öldükdən sonra məzar daşını qızıldan etsəniz belə, bunun heç bir xeyri yoxdur.

Həyatda olub tərk edilən, aldadılan, ümidləri qırılan insanları, qocalar evinə qoyulan yaşlıları, uşaq evində böyüyən uşaqları da hərdən düşünün”.

 

 

Aydan Hacı 

Yanıtla


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!