Nura Suri ATV-ni yıxıb-sürüdü – “Görəndə dəhşətə gəldim”

saytların hazırlanması

Evə çatdırılma

Nura Suri ATV-ni yıxıb-sürüdü – “Görəndə dəhşətə gəldim”

Şou

03 Mart 2019 21:53 2082


“ATV maqazin onlarla proqramına danışmışam və tam fərqli müsahibə vermişəm. Montajdan sonra öz dediklərimi görəndə dəhşətə gəldim”. 

“Yeni Sabah” xəbər verir ki, bunu müğənni Nura Suri deyib. Sosial şəbəkəsə paylaşım edən Nura bildirib ki, TV-yə açıqlamasında yerli şou-biznesdə diktə edənlər arasında ilk Aygün Kazımovanın adını çəkib. Onun etdiyi layihələri bundan sonra illər ötsə də, bir çox müğənnilər edə bilməyəcək deyib və elə onların içərisində özünü də nəzərdə tutub: “Əvvəllər müğənnilərə qarşı fərqli fikir formalaşmışdı: sanki evində yemək bişirmir, uşağına özü yox, dayələr baxır və s. İnsanlar ulduz həyatını tam fərqli görürdü. Evimdə yemək də bişirirəm, övladlarımla da məşğulam və mənim üçün sənətdən, özümdən əvvəl uşaqlarımın təhsili, savadı və sağlamlığı daha önəmlidir. Hər zaman da sağlam həyat tərzini təbliğ etmişəm. Yəni ki, müğənniləri bu tərəfdən də görüb, tanısınlar deyə sosial şəbəkələrdə yaşam tərzimi paylaşmışam. Bütün dediklərimi kəsib doğrayaraq, PİLATES üzərindən mövzu hazırlamaq nə idi, orasını anlamadım. Vüqar özü sual ünvanlayıb və suallarına cavab alıb. Dəfələrlə eyni sualı ünvanladı ki, istədiyi cavabı məndən alsın, ancaq buna nail ola bilmədi. Dedim ki, necə formada olduğumu görüb, idmana həvəsi artan ifaçılar və insanlar çoxdur. Bu da sevindirici haldır. Fotolar paylaşdım, bir çoxu onları bəyənib, daha da meyilləndi”.

Nura Suri qeyd edib ki, Murad Arif də illərdir prodüser, aparıcı, hitmaker və ifaçı kimi fəaliyyət göstərir və danışanda, söz deyəndə sözlərinə diqqət etməlidir: “Yəni, gənc ifaçı deyil ki, başını aldadalar, o da ağzına gələni danışa. O ki, qaldı gündəmdə işləri ilə olmaq məsələsinə, buna görə mənə irad bildirə bilməz. Çünki ard-arda mahnılar, kliplər, albomlar və s. işlərimlə gündəmdəyəm. ATV maqazin onlarla proqramında çalışanların yadında olar, ATV maqazin jurnalı məndən məhz idman zalında müsahibə alıb, fotolarla dərc etmişdi. Dəfələrlə idman zalında sözügedən proqramda sujetlərim gedib. Şişirdib, başqa yerə yozmaq nədir? Bu gün Vüqarın hazırladığı sujetin mənasını anlamadım. Araşdırma adıyla belə sujet hazırlamaq peşəkarlıq deyil. Vüqar gah jurnalist oldu, gah müğənnilik etdi, gah da müxbirlik və göründüyü kimi heç birində peşəkar ola bilmədi...” pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!