Nurgün Group dövlətə külli miqdarda borclandı -    Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?

saytların hazırlanması

Evə çatdırılma

Nurgün Group dövlətə külli miqdarda borclandı -  Nuru Əliyevin qalmaqallı oğlu şirkətə rəhbər keçib?

İqtisadiyyat

19 Aprel 2026 08:26 913


Azərbaycanın ən iri şirkətlərindən biri olan “NURGUN GRUP” Məhdud Məsuliyyətli Müəssisəsinin dövlət büdcəsinə böyük miqdarda vergi borcu olduğu məlum olub.

Məlumata görə, holdinqin hazırda 159 972.15 manat məbləğində vergi borcu yığılıb.

Əldə etdiyimiz son məlumatlara görə, hazırda Nurxan Əliyev şirkətdə yüksək vəzifə tutur. Hətta Nuru Əliyevin əsas işləri artıq oğluna təslim etdiyi və holdinqin idarəçiliyinin faktiki olaraq Nurxan Əliyev tərəfindən həyata keçirildiyi bildirilir. pizza hut

Qeyd edək ki, Əsası 1994-cü ildə qoyulan Nurgün Şirkətlər Qrupu ölkədə avtomobil satışı (Nissan, Infiniti, Renault) ilə məşğuldur. 

Xatırladaq ki, "Nurgün Motors"un sahibi tanınmış iş adamı Nuru Əliyevdir. Onun oğlu Nurxan Əliyev 2017-ci ildə paytaxtın Rəşid Behbudov küçəsində polisin qanuni "saxla" əmrinə məhəl qoymayaraq asayiş keşikçilərini təhqir etdiyi üçün gündəmə gəlmişdi. Məhkəmə qərarı ilə Nurxan Əliyev polisin əmrinə tabe olmamaqda təqsirli bilinərək 15 sutka müddətinə inzibati həbs edilmişdi. Hadisədən sonra iş adamı Nuru Əliyevin oğlunu cəzalandırmaq məqsədilə onun lüks avtomobilini əlindən aldığı barədə məlumatlar yayılmışdı. /32gun.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!