Hazırda ABŞ-də yaşayan politoloq Ərəstun Oruclu sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, o, akademik İ.P.Pavlov adına Birinci Sankt-Peterburq Dövlət Tibb Universitetində birgə təhsil aldığı tələbə yoldaşı ilə 35 il sonra Nyu-Yorkda rastlaşıb.
Politoloq yazıb: pizza mizza
“Borislə 6 il tələbə yoldaşı olmuşuq, elə sonuncu dəfə də o zaman gördüyüm idi. 1990-cı ilin iyulunda - buraxılış günü. Hazırda Sankt-Peterburqda çalışır, tibb elmləri doktorudur. Ağla gəlməyən təsadüf nəticəsində bu dəfə Nyu-Yorkda rastlaşdıq. Düz 35 il sonra. Xeyli söhbət etdik, mən ona formada olmasına görə tərif dedim, o da mənə yaddaşıma görə. Dünya həqiqətən çox kiçik imiş”.
Aydan Hacı
Telegram kanalımız