Bu gün "Qarabağ"la keçirilən matçı izləmək üçün Bakıya gəlmiş "Nyukasl" azarkeşləri gün boyu maraqlı pylaşımlar ediblər.
"Yeni Sabah" xəbər verir ki, onlardan birini Dənizkənarı Parkda şahmat fiqurlarının böyüklüyü heyrətləndirib.
Digəri Azərbaycan paytaxtındakı pabların birində "Çelsi" bayrağının çıxarılması videosunu paylaşıb. Toyuqlu pizza
"Nyukasl" azarkeşlərindən biri isə "BakıKart"a dair paylaşım edib:
"#NUFC azarkeşlərinə xatırlatmaq istəyirəm ki, əgər metrodan istifadə etmək istəyirsinizsə, "BakiKart" alıb ona ən azı 3 manat yükləməlisiniz. İstənilən metro stansiyasında avtomatik terminalında ondan istifadə edə bilərsiniz. Kartın qiyməti 2 manatdır, ona görə də onu alarkən 5 manat nağd köçürün; bu, kartın dəyərini ödəyəcək, həm də gediş haqqı üçün istifadə olunacaq. Kart üçün ödəniş yalnız nağd pulladır".
Telegram kanalımız