“Nyukasl” - “Qarabağ” oyununda ikinci hissə qol yağışı ilə başladı

saytların hazırlanması

Evə çatdırılma

“Nyukasl” - “Qarabağ” oyununda ikinci hissə qol yağışı ilə başladı

İdman

25 Fevral 2026 01:27 618


UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Nyukasl" (İngiltərə) - "Qarabağ" oyununda ikinci hissə qollarla başlayıb.

"Yeni Sabah" xəbər verir ki, "Sent-Ceyms Park" stadionunda keçirilən matçda ilk hissə 2:0 meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. 

Oyunun 51-ci dəqiqəsində Kamilo Duran "Qarabağ"ı ümidləndirib. Lakin 1 dəqiqə sonra meydan sahiblərinin heyətində Sven Botman fərqlənərək yenidən komandasının hesabdakı üstünlüyünü möhkəmləndirib - 3:1. pizza hut

57-ci dəqiqədə əllə oyuna görə təyin olunan penaltini Marko Yankoviç yerinə yetirib. Rəqib qapıçı ilk zərbəni geri qaytarsa da, geri dönən topu Elvin Cəfərquliyev qolla tamamlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!