“Nyukasl” - “Qarabağ” oyununu tanınmış hakim idarə edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Nyukasl” - “Qarabağ” oyununu tanınmış hakim idarə edəcək

İdman

22 Fevral 2026 15:57 655


UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərədə "Nyukasl" və "Qarabağ" komandaları arasında keçiriləcək cavab oyununa təyinatlar açıqlanıb.

"Yeni Sabah" AZƏRTAC-a istinadən xəbər verir ki, görüşü İtaliyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi tanınmış FIFA referisi Davide Massa olacaq. Ona yan xətt hakimləri Filippo Meli və Stefano Alassio kömək edəcəklər. Dördüncü hakim funksiyasını Luka Payretto yerinə yetirəcək.

VAR hakimi Daniele Çiffi, onun köməkçisi almaniyalı Kristian Dinqert olacaq. Sezar pizza

Qeyd edək ki, fevralın 24-dən 25-nə keçən gecə "Sent Ceyms Park" stadionunda təşkil olunacaq "Nyukasl" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. İlk matçda İngiltərə klubu 6:1 hesablı qələbə qazanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!