O dərdli uşağın göz yaşı üçün...

saytların hazırlanması

Evə çatdırılma

O dərdli uşağın göz yaşı üçün...

Yazar

18 İyul 2020 20:59 3183


Tovuz rayonu istiqamətində xain düşmənin törətdiyi hərbi təxribat nəticəsində Azərbaycan ordusunun bir qrup hərbçisi şəhid olub. Leyla Əliyeva “O dərdli uşağın göz yaşı üçün... pizza mizza” adlı şeirində bu itkidən doğan kədər hisslərini, xalqımızın qələbə əzmini, işğal altında inləyən torpaqlarımızın azad olunacağına inamını ifadə edir.

“Yeni Sabah” AZƏRTAC-a istinadən şeiri təqdim edir.

O dərdli uşağın göz yaşı üçün... pizza mizza

 

Bombalar səs-səsə veriblər yenə,

Vətənin bağrından qan axır indi.

Düşmən gülləsinə tuş olan əsgər,

Yaran qəlbin qədər dərin, dərindi.

 

Ağlayır bir ata itirmiş uşaq,

Ağlayır göylərdə Günəş də bu gün.

Ellikcə savaşa hazırıq, Vətən,

O dərdli uşağın göz yaşı üçün.

 

Bir gün qayıdacaq yerinə hər şey,

Bir gün sevinəcək bu yurd, bu ocaq...

Ancaq o atanın isti qucağı

Bir də o uşağa açılmayacaq.

 

Elimiz qələbə sorağı gözlər:

Gözləri yoldadı, qulağı səsdə.

Analar əlini qoyub and içir

Oğul itkisinin ağrısı üstə.

 

Gün gələr, o zəfər xəbəri gələr,

Öpər igidlərin başdaşlarını.

Ata nisgiliylə qovrulan uşaq

Dəfn eylər gözündə göz yaşlarını.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!