“O dərmanların birini 500-1000 manata satırdılar”   - Virusa yoluxan deputat

saytların hazırlanması

Evə çatdırılma

“O dərmanların birini 500-1000 manata satırdılar” - Virusa yoluxan deputat

Siyasət

11 Fevral 2022 16:00 2818


Milli Məclisin deputatı Razi Nurullayev bir müddət öncə koronavirusa yoluxub. 

Yenisabah.az-a açıqlamasında o, hazırda səhhətinin yaxşı olduğunu, ev şəraitində müalicə aldığını bildirib:

"Testim pozitiv çıxandan sonra poliklinikadan zəng vurub maraqlandılar və müalicə üçün dərmanlar çatdırıldı. Vitaminlər və qızdırmaya qarşı dərmanlar göndərilmişdi. Eyni zamanda, 6 sistem köçürüldü. Evdə müalicə olundum. Demək olar ki, artıq sağalmışam". pizza hut

Razi Nurullayev COVID-19-un müalicəsi üçün əvvəlki qədər xərc çıxmadığını bildirib:

"Əvvəl istifadə etdiyimiz dərmanlar indi demək olar ki, verilmir. Bundan öncə “Arvidol” var idi. Bəzən o dərmanların birini 500-1000 manata satırdılar. İndi istifadə olunmur, məsləhət də görülmür. Yaxşı qidalanmaq və mütləq şəkildə sistem köçürmək lazımdır. Əgər kənar xəstəliklər, ciddi ağırlaşma yoxdursa, xəstəxanaya getmək vacib deyil. Ev şəraitində insan daha yaxşı müalicə oluna bilər”.

Mehri QURBAN

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!