“O görüntüləri bir nəfər paylaşsa, camaat mənim üzümə tüpürər”   - Mehriban Xanlarova

saytların hazırlanması

Evə çatdırılma

“O görüntüləri bir nəfər paylaşsa, camaat mənim üzümə tüpürər” - Mehriban Xanlarova

Mədəniyyət

09 İyul 2021 12:02 6212


“Biz öyrəşmişik ki, getdiyimiz şadlıq saraylarında 300, 400, 700 nəfər olsun.Gözümüzü açıb belə görmüşük...”

Bu sözləri Yenisabah.az-a Əməkdar artisti Mehriban Xanlarova deyib.

Aktrisa 150 nəfərlik toyların keçirilməsinə etiraz edən vətəndaşları başa düşdüyünü deyib. O, insanların yeni qaydalara öyrəşməkdə çətinlik çəkdiyini bildirib: Toyuqlu pizza

“Öyrəşmişik ki, getdiyimiz məclislərdə 300, 400, 700 nəfər olsun. Hətta elə məclislərdə olmuşuq ki, 1000 nəfər qonaq olub. Gözümüzü açıb belə görmüşük, indi birdən-birə 150 nəfərlə toy keçirmək istər-istəməz qəribə təsir bağışlayır. Bəzən elə olur ki, toy yiyəsi də 1000 nəfərin toyuna gedib, pul salıb, indi də istəyir ki, getdiyi adamları öz məclisinə çağırsın, pulu geri qaytarılsın, narazılıqların çoxu da buna görədir. Nəzərə almaq lazımdır ki, pandemiya davam edir və qanun nə deyirsə, ona uymalıyıq. Allah bütün toy edən balaları xoşbəxt eləsin”.  

Xalq artisti şəhidlərin il mərasimi çıxmamış nə toylara, nədə efirlərə getməyəcəyini açıqlayıb:

“Mən özüm heç bir toya getmirəm. Hal-hazırda  şəhidlərə görə heç bir məclisdə iştirak etmirəm. Bu ay 9 toya dəvət almışam, amma getməyəcəyəm. Nəmərimi göndərib, üzrxahlıq edirəm. Bu səbəbdən efirə çıxmıram, hamı bunu bilir. Belə halda gedib hansısa toyda otursam, bir nəfər çəkib sosial şəbəkədə paylaşsa, camaat mənim üzümə tüpürər ki, bəs noldu, paylaşdığın nə idi, indi gedib toyda oturmusan?! Mən də istəyirəm toylarda iştirak edəm, bu zamana qədər də məclislərdə ən aktiv iştirak edənlərdən biri mən olmuşam. Amma şəhidlərimizin ili çıxmayana qədər mən toylara və efirlərə getməyəcəyəm”.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!