“O, hərbi cinayətkardır!” - Bayden Putin haqda

saytların hazırlanması

Evə çatdırılma

“O, hərbi cinayətkardır!” - Bayden Putin haqda

Siyasət

17 Mart 2022 08:41 511


ABŞ Prezidenti Co Bayden Rusiya lideri Vladimir Putini hərbi cinayətkar hesab edib.

Bayden Ağ Evdə jurnalistlərə müsahibə verərkən “Fox News” telekanalının müxbiri ondan rusiyalı həmkarını hərbi cinayətkar adlandırmağa hazır olub-olmadığını soruşub.

Bayden bu suala əvvəlcə cavab verməyib və otağı tərk edib. Lakin geri qayıdandan sonra müxbir sualı təkrar soruşub. Marqarita pizza

Bundan sonra Bayden cavabında: "O, hərbi cinayətkardır" deyib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ liderinin bu çıxışına münasibət bildirib.

Peskov “RİA Novosti”yə açıqlamasında Co Baydenin ritorikasını bağışlanmaz adlandırıb.

“Bombaları dünyada yüz minlərlə insanın ölümünə səbəb olan dövlət başçısının belə ritorikasını qəbuledilməz və bağışlanmaz hesab edirik”,- deyə Kremlin sözçüsü vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!