“O hücumun nədən ibarət olduğunu bilmir” - Müdafiə Nazirliyi

saytların hazırlanması

Evə çatdırılma

“O hücumun nədən ibarət olduğunu bilmir” - Müdafiə Nazirliyi

Rəsmi

27 Fevral 2019 01:50 1154


Ermənistan müdafiə naziri David Tonayan ölkənin icimai televiziyası vasitəsilə çıxış edərək Ermənistanın öz hərbi strategiyasını müdafiədən hücuma dəyişdiyini bildirib.

“Yeni Sabah” xəbər verir ki, buna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, D.Tonoyan mülki şəxsdir və hərbi strategiyanın, daha dəqiq desək müdafiə və hücumun nədən ibarət olduğundan tam anlayışı yoxdur.

2016-cı ilin aprel döyüşləri o, müdafiə nazirinin müavini olduğu vaxtda, həmçinin Günnüt əməliyyatı zamanı artıq müdafiə naziri olarkən “hücuma keçmək” istəyən erməni ordusunun döyüş meydanından necə qaçdığının şahidi olmuşuq. Onun hərbi sahədə diletant olduğunu nəzərə alaraq qeyd edə bilərik ki, bu populist fikirlər yalnız daxili auditoriya üçün nəzərdə tutulub və hərbi baxımdan heç bir əhəmiyyət kəsb etmir. pizza

Azərbaycan Ordusunun bütün istiqamətlərdə erməni ordusundan üstün olduğunu və imkanlarının müqayisəedilməz olduğunu Tonayan özü etiraf edib. Yaxın gələcəkdə Ermənistan ordusunun Azərbaycan ordusunu nəinki ötüb-keçmək, hətta Ordumuzla heç bir sahədə müqayisə olunmaq perspektivi belə yoxdur

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!