“O məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməz” – Rauf Arifoğlu 

saytların hazırlanması

Evə çatdırılma

“O məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməz” – Rauf Arifoğlu 

Siyasət

22 Sentyabr 2021 10:59 1993


Azərbaycanda vəzifəsini itirən məmurların qəfildən “Qeybə çəkilməsi” adi hala çevrilib. Uzun illər hakimiyyət iyeraxiyasında müxtəlif vəzifə tutmuş adamların sonradan kölgəyə çəkilməsi birmənalı qarşılanmır. Hətta mətbuat da onların izini tapa bilmir.

Məsələn Heydər Babayev, Abid Şərifov, Hacıbala Abutalıbov və digərləri bu kateqoriyaya daxildirlər. Azərbaycanda məmurlar vəzifədən getdikdən sonra niyə yoxa çıxırlar? Onların xalq arasına çıxmağa üzü yoxdur, yoxsa vəzifələrini itirən kimi cəmiyyət üçün yararlılıq əmsalları aşağı düşür?

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O bildirib ki, həqiqətən də məmurların bir çoxu sabiq statusunu alan kimi yoxa çıxırlar: “Çünki ortada olmaq onlara sərf eləmir. Əksəriyyəti rüşvət, korrupsiya və başqa əməllərlə fərqləndiyi üçün, onlar əllərində qalan vəsaitləri rahat yemək üçün ya Avropanın hansısa ölkəsində yerləşirlər, ya da ümumiyyətlə kölgəyə çəkilməyə üstünlük verirlər”. Toyuqlu pizza

R. Arifoğlu “qeybə çəkilənlər”in siyahısına Səfər Əbiyevi də əlavə edib: “Buraya Səfər Əbiyevi aid edə bilərəm. Milyonlarla Azərbaycan əsgərinin vəsaitini çapdı, taladı Çexiyada özünə biznes qurdu. İndi ortada yoxdur. Tapın görək necə tapırsınız.

Məmurların əksəriyyəti oğrudur və oğrular gün işığını sevməzlər kölgəni, qaranlığı sevərlər. Nə qədər obrazlı ifadələr tapsaq da bu gerçək ortadadır ki, həmin məmurlar Azərbaycan dövlətinin sərvətini talan etmiş bir dəstədirlər. Onların Azərbaycana heç bir faydası yoxdur.

Bəzi sabiq məmurlar var ki, onlar işdən çıxsalar da ekspert qismində fəaliyyət göstərirlər. Məsələn Eldar Namazov kimi Azərbaycanın xeyrinə fəaliyyət növü tapırlar və qorxmadan çəkinmədən öz həyatlarını davam etdirirlər”.

Mehri Qurban


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!