“Biz çox ağır bir dönəm yaşadıq. 27 sentyabrdan sonra savaş gedirdi, amma gözəgörünməyən bir savaş da kənarda gedirdi. Bizə hər cür basqı var idi. Prezident İlham Əliyev də dəfələrlə bu məsələyə münasibətini bildirmişdi ki, hər gün “dayanın, hesabat verin” deyə təzyiqlər var".
Yenisabah.az xəbər verir ki, bunu Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev bildirib.
O qeyd edib ki, müharibə dövründə Prezidentin xarici Kütləvi İnformasiya Vasitələrinə müsahibələrində öyrədilmiş media mənsublarının Azərbaycanı ittiham edən suallarla çıxış etdiyini hər kəs görüb. Partiya sədri vurğulayıb ki, özlərini prokuror kimi aparan o jurnalistlərin, onların timsalında isə Azərbaycana təzyiq göstərmək fikrində olanların cavabını ölkə başçısı layiqincə verib, milli-dövlətçilik maraqlarını cəsarətlə müdafiə edib: Sezar pizza
"Savaş həm də belə basqıların altında gedirdi, amma Prezident kifayət qədər ötkəm mövqe nümayiş etdirdi. Çox millətçi mövqedən çıxış edirdi. Prezident kimi bir yana, biz həm də onu vətənpərvər bir insan kimi yenidən kəşf etdik. Bu 45 gün ərzində onu tanımayan hər kəs tanıdı. Dövlət başçısı kifayət qədər millətinə, dövlətinə bağlı, ağıllı, soyuqqanlı, savaşqan olduğunu sübut etdi. O xalqına güvənərək heç bir tərəddüd etmədən düşmənlərin üzərinə getmək bacarığını nümayiş etdirdi. Açığı, bunlar asan məsələlər deyildi, müəyyən risklər gözə alınmışdı. Amma hər halda Prezident bunları da aşdı və millətimizin iradəsini ifadə etdi".
F.Quliyev deyib ki, dövlətimizin güclü olmasında birmənalı şəkildə xalqımızın birliyi böyük rol oynayıb:
"Dünya bu birlikdən yaxşı mənada təəccübləndi. Bu birliyi hər zaman qorumaq lazımdır. Bu günlər ərzində ordumuzun gücü, savaşa qədər ölkənin hazırlığı, bütün siyasi partiyaların birlik nümayiş etdirməsi, zamanlamanın doğru olması, az itkilərlə beşinci nəsil savaşın aparılması onu göstərdi ki, ölkə başçısı əvvəldən işini alt yapıda görmüşdü. Azərbaycanın milli maraqlarını heç kimə qurban vermədi, sona qədər addımladı və savaşın odlu-alovlu hissəsi uğurla nəticələndi. İndi siyasi-diplomatik dönəm başlayır, biz nəticələrin qorunması və inkişaf etdirilməsi ilə bağlı əl-ələ verib Ali Baş Komandanla birlikdə bu işləri sona çatdırmalıyıq”.
Əsmətxanım
Telegram kanalımız