“O villalara göz yuman məmurlara səslənirəm...”

saytların hazırlanması

Evə çatdırılma

“O villalara göz yuman məmurlara səslənirəm...”

Xalqın səsi

29 Sentyabr 2019 15:01 1975


Xəbər verdiyimiz kimi, ötən gün Qarabağ əlili Sərxan Musayevin Biləcəri qəsəbəsində tikdiyi ev SOCAR əməkdaşları tərəfindən sökülərkən insident baş verib. Hadisə nəticəsində bir qrup Qarabağ əlili ilə məmurlar arasında əlbəyaxa dava baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə ilə bağlı Qarabağ qazisi Kamil Musəvi əlillərə dəstək verib. O, həmin dava ilə bağlı məyusedici video ilə tanış olduğunu bildirib:

“Orada Qarabağ əlillərinə qarşı hörmətsizlik, zorakılıq tətbiq olunurdu. Həmin Qarabağ qazisinin tikdiyi evin ətrafında tikilən villalara göz yuman məmurlara səslənirəm. Əgər siz göz yummağı bacarırsınızsa, bilin ki, göz yumulacaq birinci şəxslər Qarabağ qaziləridir. Bir şeyi də unutmayın. Bu gün xalqımız rahat yaşayırsa, bu gün sizlər vəzifədə, kresloda rahat oturursunuzsa, ilk olaraq şəhidlərimizə, qazilərimizə və cəbhədə dayanan əsgərlərimizə borclusunuz”.  pizza sifarişi

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!