O, yenidan AK rəhbəri ola bilər

saytların hazırlanması

Evə çatdırılma

O, yenidan AK rəhbəri ola bilər

Dünya

26 Yanvar 2024 09:45 575


Avropa Xalq Partiyası (EPP) Avropa Komissiyasının (AK) sədri vəzifəsinə Ursula fon der Leyenin namizədliyini dəstəkləməyə hazırdır.

Yenisabah.az Euractiv-ə istinadla xəbər verir ki, fon der Leyen yenidən Avropa Komissiyasının rəhbəri vəzifəsinə namizəd olmaq niyyətini hələ ki açıqlamayıb.

Onun namizədliyini fevralın 19-da Berlində keçiriləcək Xristian Demokrat İttifaqının (CDU) konqresində elan edəcəyi gözlənilir. Sezar pizza

CDU-dən əlavə, fon der Leyenin ikinci müddətə AK rəhbəri vəzifəsinə namizədliyi EPP üzvü olan Vətəndaş Platforması və Yeni Demokratiya partiyaları tərəfindən dəstəklənə bilər.

Fon der Leyen 2 iyul 2019-cu ildə Avropa Komissiyasının sədri vəzifəsinə namizəd kimi seçilərək bu vəzifəni tutan ilk qadın olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!