Ödəmə terminalını oğurlayan üçlük yaxalandı

saytların hazırlanması

Evə çatdırılma

Ödəmə terminalını oğurlayan üçlük yaxalandı

Kriminal

08 İyul 2024 13:44 1097


Ödəmə terminalını oğurlayıb hadisə yerini tərk edən zaman qəzaya düşən şəxslər polislər tərəfindən saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, bu, Binəqədi rayonunda baş verib.

Qabaqcadan əlbir olan bir qrup şəxs gecə saatlarında marketlərdən birinin qapısını sındıraraq içəridə olan ödəmə terminalını talayıblar. pizza sifarişi

Hadisəni törədən əvvəllər məhkum olunmuş şəxslər - 1997-ci il təvəllüdlü Şamxal Qarayev, 1991-ci il təvəllüdlü Kamil Əliyev və 1997-ci il təvəllüdlü Rəsul Rzayev saxlanılıblar.

Dəstə üzvləri məsuliyyətdən və kameralardan yayınmaq məqsədi ilə hadisədən əvvəl başqa nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını oğurlayaraq K.Əliyevin avtomobilinə bağlayıblar. R.Rzayev isə marketi kənardan müşahidə edərək digərlərinə obyeketin bağlanma saatı barədə məlumat verib. Dəstə üzvləri hadisədən sonra ərazini tərk edən zaman idarə etdikləri avtomobillə qəzaya düşdüklərindən onlar terminalı nəqliyyat vasitəsinin yük yerində qoyaraq oradan uzaqlaşıblar.

Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!