Ofeliya Sənaninin vəziyyəti necədir?

saytların hazırlanması

Evə çatdırılma

Ofeliya Sənaninin vəziyyəti necədir?

Mədəniyyət

07 Oktyabr 2019 08:31 1019


Xalq artisti Ofeliya Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub.

Mərkəzdən "Yeni Sabah"a verilən məlumata görə, invaziv kardioloq Şahin Xəlilov tərəfindən O.Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb.

Müayinələr nəticəsində infarkt təsdiqlənməyib.  Dominos pizza

Mərkəzdən bildirilib ki, hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir. Yaxın günlərdə evə yazılması planlaşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!