Ofelya Sənani infarkt keçirdi - Vəziyyəti ağırdır

saytların hazırlanması

Evə çatdırılma

Ofelya Sənani infarkt keçirdi - Vəziyyəti ağırdır

Mədəniyyət

05 Oktyabr 2019 09:34 1851


Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, o, ürəyin ön və arxa divarının infarktı diaqnozu ilə Klniki Tibbi Mərkəzə yerləşdirilib. 

O.Sənani hazırda xəstəxananın Reanimasiya şöbəsində müalicə alır.  pizza mizza

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, Xalq artistinin vəziyyəti ağır qiymətləndirilir.

O.Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!