Oğluna “sən arxada niyə gizlənirsən?” deyən ata danışdı -   Video

saytların hazırlanması

Evə çatdırılma

Oğluna “sən arxada niyə gizlənirsən?” deyən ata danışdı - Video

Xalqın səsi

21 İyul 2019 19:13 2546


Qəhrəman zabitimiz Mirdamət Bağıyevin Aprel döyüşlərinin qızğın getdiyi saatlarda atası ilə bu dialoqu son günlərin ən maraqlı mövzusuna çevrilib.

“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə 2016-cı ilin Aprel döyüşlərində atası ilə dialoqu ilə məşhurlaşan mayor Mirdamət Bağıyev və atası Sərisstan Bağıyev hadisənin təfərrüatını danışıblar.

Mirdamət Bağıyev bildirir ki, atasının cavabından sonra danışmağa heç bir söz tapa bilməyib. pizza sifarişi

Qeyd edək ki, Azərbaycan Ordusunun zabiti Mirdamət Bağıyev Aprel döyüşlərində qarşı tərəfə ən böyük tələfat verən zabitlərdən olub və qısa zamanda düşmənin 12 texnikasını sıradan çıxarıb.

Göstərdiyi qəhrəmanlığa görə Mirdamət Bağıyev "İgidliyə görə" medalı ilə təltif edilib və rütbəsi kapitandan mayora yüksəldilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!