Oğru ev sahibini bıçaqladı - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

Oğru ev sahibini bıçaqladı - TƏFƏRRÜAT

Kriminal

05 Mart 2025 01:35 978


Gəncədə fərdi yaşayış evinə oğurluq məqsədilə gələn şəxslər ev sahibi 52 yaşlı Qayday İbrahimova qolundan xəsarət yetiriblər.

Yenisabah.az Baku TV-yə istinadən məlumat verir ki, zərərçəkənin həyat yoldaşının sözlərinə görə, evdə daha əvvəl 2 dəfə oğurluq hadisəsi törədilib.

Çağırılmamış qonağın növbəti dəfə gələcəyini ehtimal edən ev sahibi onlardan qorunmaq üçün yanında taxta parçası saxlayırmış. Toyuqlu pizza

"Qardaşımın evindən 3 il əvvəl də oğurluq olmuşdu. Polis əməkdaşlarına müraciət edilmişdi, lakin buna baxmayaraq, yenidən eyni hadisə yaşandı. Çox xahiş edirəm, bu işə baxılsın, belə olmaz. Bu, 3-cü oğurluqdur, təxminən 2500-3000 manat dəyərində qızılları itirmişik", − zərərçəkənin qardaşı deyib.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, hazırda məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır, müvafiq ekspertizalar təyin olunub.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!