Mingəçevirdə mənzildən oğurladığı pulu paytaxtda yerləşən bahalı restoranlarda xərcləyən şəxs tutulub.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, o, binada yerləşən mənzilə eyvandan daxil olub. Sonra içərisində 3100 ABŞ dolları, 10 000 manat, müxtəlif qızıl-zinət əşyaları və ev sahibinə məxsus sənədlər olan çamadanı oğurlayıb.
Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də mənzillərdən külli miqdarda oğurluqlar etdiyi üçün dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Rüstəm Əzizov saxlanılıb. Sezar pizza
O, ifadəsində evdə heç kimin olmadığını fürsət bilərək ora daxil olduğunu, niyyətini həyata keçirdikdən sonra pul və qızılları götürərək Bakı şəhərinə getdiyini bildirib.
Araşdırma zamanı saxlanılan şəxsin çamadanda olan sənədləri iz itirmək məqsədilə yandırdığı, əldə etdiyi pulları isə qısa müddət ərzində paytaxtdakı əyləncə mərkəzlərində, bahalı restoranlarda xərclədiyi məlum olub.
Faktla bağlı şəhər polis şöbəsində cinayət işi başlanılıb, R.Əzizovun ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Telegram kanalımız