Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar?

saytların hazırlanması

Evə çatdırılma

Oğurlanmış “WhatsApp” hesabını necə qaytarmaq olar?

Rəqəmsal

23 Aprel 2023 11:22 5440


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizik Xidməti "WhatsApp" təsdiqləmə kodunu heç kəslə paylaşmamağınızı tövsiyə edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

"WhatsApp" təsdiqləmə kodunuz ələ keçirilibsə və hesabınızda giriş edə bilmirsinizsə, hesaba girişi bərpa etmək üçün bu addımları izləyin: pizza hut

1) İlk növbədə hesabın sizdə olmadığı barədə yaxın dost və tanışlarınıza məlumat verin;

2) Daha sonra "WhatsApp" hesabınıza giriş etmək üçün mobil nömrənizi daxil edin;

3) Mobil nömrənizə gələn təsdiqləmə kodunu müvafiq xanaya daxil edin;

4) 6 rəqəmli kodu daxil etdikdə hesabınızın ələ keçirildiyi cihazdan avtomatik çıxış olunacaq;

5) Sizdən ikimərhələli təsdiqləmə kodu daxil etməyiniz tələb olunur;

6) Əgər kodu bilmirsinizsə və yaxud həmin kod hesabınızı ələ keçirən şəxs tərəfindən təyin olunubsa, hesabınıza girişin bərpası üçün 7 gün gözləməlisiniz;

7) 7 gündən sonra kod tələb olunmadan hesabınıza giriş etməyiniz mümkün olmuyacaq;

8) Hesabınızda ikimərhələli tanınma funksiyasını mütləq aktivləşdirin.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!