Cəlilabad şəhər sakini E.Bağırov Rayon Polis Şöbəsinə müraciət edərək özünün elektrik transformatorunun oğurlandığını bildirib.
DİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sahil Mirzəyev və Rauf Sultanov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrılıqda rayon ərazisində ev və həyətlərdən oğurluq etdikləri müəyyən edilib. Belə ki, S.Mirzəyevin bir evin zirzəmisindən təmir tikinti avadanlıqları, 4 həyətdən ev quşlarını, R. Sultanovun isə bir evdən 85 manat dəyərində elektrik naqillərini, 3 həyətdən isə ev quşlarını oğurladığı məlum olub. Hər iki şəxs törətdikləri oğurluq faktlarını etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır pizza
Telegram kanalımız