Oğurluq edən kişi və qadın saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Oğurluq edən kişi və qadın saxlanılıb

Kriminal

13 Fevral 2019 17:02 945


Evlərdən oğurluq edən kişi və qadın saxlanılıb.

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində evlərdən oğurluqlar edən şəxslər saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 10-da H.B.Zərdabi prospektindəki evlərin birindən 700 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.Tağıyeva, fevralın 9-da isə 2-ci Alatava yaşayış sahəsindəki evlərin birindən 150 manat oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş R.Adıgözəlov saxlanılıblar. Toyuqlu pizza

Hər iki faktla bağlı araşdırma aparılır.

Oğurluq etdiyinə görə tutulmuş R.Dadaşzadənin ətrafında 29-cu Polis Şöbəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini R.Məmmədovanın çantasından içərisində 300 manat, 200 avro və 30 lirə olan pulqabısını oğurlaması da müəyyən edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!