Oğuz sakini qardaşını bıçaqlayaraq öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Oğuz sakini qardaşını bıçaqlayaraq öldürdü

Xalqın səsi

04 Aprel 2022 11:41 915


Oğuzda qardaşını qətlə yetirən şəxsə cinayət işi başlanılıb.

Bu barədə "Yeni Sabah"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, aprelin 2-i saat 19 radələrində Oğuz rayon sakini, 1976-cı il təvəllüdlü Aqil Şirinovun almış olduğu xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dominos pizza

Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1973-cü il təvəllüdlü Namiq Şirinovun yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Aqil Şirinova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Namiq Şirinov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!