Oğuzda DƏHŞƏTLİ HADİSƏ: Toydan qayıdan ata və qızı xəstəxanalıq oldu

saytların hazırlanması

Evə çatdırılma

Oğuzda DƏHŞƏTLİ HADİSƏ: Toydan qayıdan ata və qızı xəstəxanalıq oldu

Hadisə

07 Aprel 2026 08:41 424


Oğuzda avtomobil aşıb, ata, qızı və daha bir nəfər xəsarət alıb.

“Yeni Sabah” "Report"a istinadla bildirir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Sincan kəndindən keçən hissəsində baş verib.

Rayonun Böyük Söyüdlü kənd sakini, 1965-ci il təvəllüdlü Sirapil Yunisovun idarə etdiyi "Mitsubishi" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər; 1976-cı il təvəllüdlü Yunisov Atabek Mirzoyeviç və qızı, 2007-ci il təvəllüdlü Yunisova Asmin Atabek qızı xəsarət alıblar. Pepperoni pizza

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!