Ermənistanın Antikorrupsiya məhkəməsində keçmiş müdafiə naziri Seyran Ohanyan və daha 11 nəfərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, məhkəmə iclası qapalı keçirilir.
Cinayət işinin ibtidai istintaqı aprelin 11-də yekunlaşıb. pizza
Xatırladaq ki, S.Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri olub.
O, 2005-2009-cu illərdə Ararat vilayətində hərbi hissənin ərazisinin qanunsuz satılması ilə bağlı iki dəfə əmr verib. Torpağın bir hissəsi 3-cü ordu korpusunun keçmiş komandanı Qriqori Xaçaturova satılaraq Edqar Arşakyanın adına sənədləşdirilib. İkinci hissə isə 2009-cu ildə Norayru Karapetyana satılıb.
S.Ohanyan külli miqdarda dövlət əmlakını mənimsəməkdə, vəzifə səlahiyyətlərindən sui-istifadədə, israfçılıq yolu ilə xüsusilə külli miqdarda əmlak mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, fevralın 8-də Ermənistan parlamenti S.Ohanyana qarşı cinayət işinin başlanmasına razılıq verib.
Telegram kanalımız