Azərbaycanda oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü iş günü olan bayram hesab ediləcək.
Bu barədə "Report"a parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək. Ancaq həmin gün iş günü olacaq. Dördpendirli pizza
Qeyd edək ki, Azərbaycanda “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi hazırlanıb.
Layihəyə əsasən, mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilir. Həmin günlər isə hər il bayram kimi qeyd ediləcək.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.
Telegram kanalımız