“Ola bilməz ki, vəzifədə qohumun olsun, sənə xeyri dəyməsin”   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Ola bilməz ki, vəzifədə qohumun olsun, sənə xeyri dəyməsin” - Deputat

Maraqlı

03 Sentyabr 2020 12:33 1067


“Elə bir şey ola bilməz ki, vəzifədə qohumun olsun və onun sənə bir manat belə xeyri dəyməsin. Kim elə deyirsə, boş söhbətdir. Əgər vəzifədəsənsə hamıya xeyrin dəyir". 

Yenisabah.az xəbər verir ki, bu sözləri millət vəkili Aqil Abbas son vaxtlar cəmiyyətdə şöhrətə meylin artmasının səbəbləri barədə danışarkən deyib. Qeyd edib ki, insanlar vəzifədə işləyən qohumlarından xeyir gördükləri üçün onlarla fəxr edirlər:

"Bə, təkcə Azərbaycanda belə deyil. Dünyanın bütün ölkələrində vəziyyət belədir.  Mən hər gün saytları, sosial şəbəkələri izləyirəm. Baxırsan ki, Türkiyədə kimsə 27-ci babası ilə öyünür. Deyir babam Malazgirddə vuruşub və ya 37-ci babam Sultan Məhəmməd Fatehlə birlikdə döyüşdə olub. O cümlədən də ingilislər, hansını dindirsən məlum olacaq ki, babası Napaleon Bonapartın sağ əli olub. Bu tendensiya bütün dünyada müşahidə edilir”. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!