“Ola bilsin ki, burada rəsmi Tehranın ənənəvi oyunları dayanır”

saytların hazırlanması

Evə çatdırılma

“Ola bilsin ki, burada rəsmi Tehranın ənənəvi oyunları dayanır”

Siyasət

28 İyul 2022 13:37 3224


“Əslində, Zəngəzur dəhlizinə alternativ yolun çəkilməsi bu perspektivdə ortaya çıxacaq hər hansı bir problemlərin qarşısının alınması və nəqliyyat vasitələrinin, yükdaşımaların hərəkətinin intensiv təşkili məqsədi daşıyırdı”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.

O, cari ilin mart ayının 11-də Azərbaycan və İran arasında imzalanan memorandumda yer alan İran ərazisindən Azərbaycanın əsas hissəni Naxçıvan MR ilə birləşdirəcək dəhlizin bu günə qədər həyata keçirilməməsinin səbəblərini açıqlayıb. Dominos pizza

BAXCP funksioneri əlavə edib ki, bu memorandumun imzalanması çox doğru bir yanaşma idi:

“Mahiyyət etibarilə, bu, İranın da maraqlarına uyğun olan bir layihədir. Əks təqdirdə şübhəsizdir ki, İran bununla razılaşmayacaqdı. 

Lakin indiki şəraitdə layihənin icrası istiqamətində konkret addımların atılmamasının səbəbini izah etmək çətindir. Ola bilsin ki, bu, hökumətlərarası əlaqələrdən qaynaqlanan bir məsələdir. Çünki hər hansı memorandum ilkin anlaşma deməkdir və daha sonra isə yolun çəkilişi ilə bağlı praktiki mənada müəyyən sənədləşmə işlərinin aparılması, büdcənin hazırlanması, tenderin elanı, həmin layihədə iştirak edəcək şirkətlərin müəyyənləşdirilməsi və işin həyata keçirilməsi prosesi gəlir. Belə məsələlərin uzanması nəzəri baxımdan mümkündür”.

Müsahibimiz onu da bildirib ki, bu baxımdan, memorandumun imzalanmasından çox da böyük bir müddət keçmədiyi üçün bu məsələ ilə bağlı ortaya konkret suçlama qoymaq inandırıcı olmaz:

“Şübhəsizdir ki, Azərbaycan tərəfi bu layihənin icrasının marağındadır, çünki Naxçıvanla quru əlaqələrinin qurulması ölkəmiz üçün indiki şəraitdə mühüm əhəmiyyət kəsb edir və eyni zamanda məlum olduğu kimi, Ermənistanın bütün bir sıra manipulyativ davranışlarının üzərindən xətt çəkir. 

Amma İranın son zamanlar sərgilədiyi mövqe, xüsusilə də Türkiyə-Rusiya-İran üçtərəfli formatı çərçivəsində İran rəsmilərinin səsləndirdiyi mövqeni nəzərə alsaq, ola bilsin ki, burada rəsmi Tehranın ənənəvi, klassik və qonşuluq münasibətlərinə uyğun gəlməyən oyunları dayanır. Lakin bütün bunlara baxmayaraq, memorandum icra olunsa da, olunmasa da, Azərbaycan Naxçıvanla quru yolunun qurulması istiqamətində özünün israrlı mövqeyini nümayiş etdirəcək.

Həmçinin, məlum olduğu kimi, Rusiya tərəfi də 10 noyabr bəyanatının prinsiplərinin həyata keçirilməsi ilə bağlı bir neçə gün əvvəl prinsipial və interaktiv bir mövqe sərgilədi”.

“Düşünmürəm ki, İranın Zəngəzur dəhlizi ilə bağlı nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe indiki şəraitdə həm regiondakı geosiyasi reallıqlara, həm də bütövlükdə Azərbaycan-İran münasibətlərinin mahiyyətinə uyğun gəlməyən davranışları həmin dəhlizin icrasına mane olsun. Əgər İran indiki şəraitdə regional əməkdaşlıq perspektivlərindən uzaq dayanmağa çalışacaqsa, nəticə etibarilə, bu, onun ziyanına işləyəcək. Çünki Azərbaycan nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində ciddi addımlar atıb. Naxçıvan MR ilə ölkənin əsas ərazisinin əlaqələri üçün Gürcüstan üzərindən yükdaşımaların həyata keçirilməsinə görə hər hansı bir problem yoxdur. Çünki Bakı-Tbilisi-Qars layihəsi buna imkan verir”, - deyə həmsöhbətimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!