Türkiyədə Esra və Ceyda Ersoy bacılarının 2013-cü ildən bəri onlarla birgə olan itləri üçün hazırlatdıqları məzar sosial şəbəkələrdə müzakirə olunub.
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar Sindi adlı ölən itin məzar daşına "Sənin üçün darıxacağıq, sən bizim şahzadəmizsən. Hər zaman qəlbimizdəsən. Heç vaxt səni unutmayacağıq" sözlərini yazdırıblar. Heyvan qəbristanlığına basdırılan itin məzarı birmənalı qarşılanmayıb. Bəziləri məzarın bər-bəzəkli olmasını qəbul etməyib.
Telegram kanalımız