“Orda-burda gəzib kefini çəkən, "kişi gəzər, qadın evdə oturub balalarını başına yığar" deyənlər ailədən ağızdolusu danışanda, adamın lap əti tökülür. Biri ona başa salmır ki, ay bədbəxt "ailə" dediyin müqəddəs ocaqdır, o da sevgi, güvən və hörmət üzərində qurulur. Bu saydıqlarımdan biri yoxdursa, ona ailə yox, məhkum həyat deyilir. Ağlı-başı yerində olan qadın gəzəyən ərini həyatı boyu sevə bilməz. Ola bilər, bir ömür onunla birgə yaşasın, amma sevə bilməz”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında bəzi məşhurların tez-tez xəyanət etirafları ilə gündəmə gəlməsinə münasibət bildirən tanınmış yazıçı-publisist İlhamə Nasir deyib. Ötən gün müğənni Əli Mirəliyevin, ondan əvvəl Nadir Qafarzadənin xəyanətlə bağlı publik etiraflarına münasibət bildirən xanım yazar sərt mövqe sərgiləyib.
İlhamə Nasir bəzi kişilərin xəyanət etdiklərini hər fürsətdə dilə gətirməsinin yolverilməz olduğunu bildirib: Sezar pizza
“Elə qadın var ki, kişinin gəzməyi ona maraqlı deyil, deyir, mənim istədiyim lüks həyatı mənə versin, özü nə qələt edir, etsin. Eləsi də var ki, gözündə nə mal-dövlət var, nə də şan-şöhrət, sadəcə birlikdə yaşamağa məcburdur. Uşaqlarına görəmi, sonrakı aqibətinə görəmi, dedi-qoduya görəmi və s. aciz qalır. Kişi də qadının bu acizliyindən istifadə edir. Ta demir ki, sabah başını yerə qoyanda, hər iki halda arvadı üzdə bir dəfə "Allah rəhmət eləsin!" deyəcəksə, daldada yüz dəfə "səni gorbagor olasan!" deyəcək. Hələ pulları kəsildiyi üçün məşuqələri də min dəfə goruna söyəcəklər. Bu dəqiqdir”.
ƏSMƏTXANIM
Telegram kanalımız