Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”

saytların hazırlanması

Evə çatdırılma

Ölənin qarasınca danışmaq günahdır? – “Əgər cinayət törədibsə…”

Din

28 Oktyabr 2021 13:20 5270


Belə bir deyim var ki, insan vəfat edəndən sonra onun arxasıyca danışmaq olmaz. Lakin bəzən vəfat etmiş şəxs haqqında yaxşı və ya xoşagəlməyən sözlər danışırlar. Əsas da bu gətirilir ki, ölən şəxs cinayət törədib.

İlahiyyatçı Əkrəm Həsənov Yenisabah.az-a açıqlamasında deyib ki, insan həyatda necə tanınırsa, öləndən sonra da o şəkildə xatırlanır:

“İnsan həyatda yaşayanda onun çevrəsi, ətrafı o insanı elə tanıyır, qəbul edir. İnsan dünyasını dəyişəndən sonra da həmin insan o şəkildə xatirələrdə qalır.  Pepperoni pizza

Rəsulullah həmişə tövsiyə edirdi ki, ölən insanları yaxşı xatırlayın, həmin şəxs haqqında yaxşı sözlər deyin. Ölənin arxasıyca pis sözlər deməyin. Hətta vəfat edən insanın borcu olub, olmadığını da soruşardı. O, borcu bağlamamış vəfat edən şəxsə cənabət namazı qıldırmırdı. Ən vacib ölən şəxsin borcunun bağlanmasıdır. İnsan çalışmalıdır ki, onun kiməsə borcu qalmasın, kiminsə qəlbinə dəyməsin. Belə olsa, o yaxşı xatırlanacaq”.

İlahiyyatçının sözlərinə görə, ölən insanın arxasıyca danışmağının günah və ya günah olmaması haqqında heç bir dəlil yoxdur:

“İslam dini insan bu dünyada necə olubsa, öldükdən sonra da elə xatırlanmasını təşviq edib. Ölən insanın arxasıyca danışmağın heç bir əhəmiyyəti yoxdur. Əgər borcu varsa, danışmaq olar. Amma arxasıyca danışmağın da günah və ya günah olmamsı haqqında heç bir dəlil yoxdur. Lakin danışmaq düzgün deyil. Ancaq xoş sözlər danışmaq olar. Hətta eybi varsa, onu da danışmaq düzgün sayılmır. Çünki insan öləndən sonra onun kitabı bağlanır. Həmin kitabın bağlı qalması daha məqsədə uyğun hesab olunur”.

Ə.Həsənov qeyd edib ki, ölən şəxs əgər hər hansı bir cinayət törədibsə, o zaman onu bəyan etmək olar:

“Əgər o bu dünyada hər hansı bir cinayət işlədibsə, sonradan o cinayətin üstü açılıbsa, o zaman onu bəyan edib bildirmək olar. Lakin insanların münasibətini pozmaq baxımından danışmağa şəriət icazə vermir. Əgər iki insanın arasını pozacaq hal olcaqsa, olmaz. Tutaq ki, vəfat edən şəxsə hər hansı bir insana digər kimsə haqqında nəsə deyib. Onu heç kimə söyləməməyi bildirirsə, onu həmin şəxsə çatdırmaq qolmaz. Bu günah da sayılır. Şəriət buna icazə vermir”.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!