Oliqarxlar üçün sınaq anı çatdı –   Prezidentdən sərəncam

saytların hazırlanması

Evə çatdırılma

Oliqarxlar üçün sınaq anı çatdı – Prezidentdən sərəncam

Xalqın səsi

13 İyun 2019 16:27 2049


Prezident İlham Əliyev "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 30 may tarixli 1603-VQD nömrəli Qanununun tətbiqi haqqında” sərəncam imzalayıb.

“Yeni Sabah” xəbər verir ki, dəyişikliyə əsasən yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamaların aparılmasına tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq məqsədilə hazırlanıb. pizza hut

Qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar 2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Xarırladaq ki, bir neçə gün əvvəl tikinti sahəsində ciddi yoxlamaların başlayacağı haqda məlumat vermişdik. Bununla bağlı Milli Məclisdə də müzakirələr aparılmışdı. Bu xəbərlərdən isə ən çox tikinti biznesi ilə məşğul olan məmurların narahatlıq keçirdiyi bildirilirdi. Prezidentin etdiyi bu dəyişiklikdən sonra oliqarxların tikinti biznesində mövcud olan problem və qanunsuzluqların üzə çıxacağı ehtimal olunur. Yoxlamalar obyektiv aparılarsa, o zaman həmin məmurların biznesinə ciddi zərbə dəyəcəyini gözləmək olar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!