Oliqarxların siyasi fəaliyyətinə qadağa qoyulsun! - TƏKLİF

saytların hazırlanması

Evə çatdırılma

Oliqarxların siyasi fəaliyyətinə qadağa qoyulsun! - TƏKLİF

Siyasət

24 Oktyabr 2022 12:00 1222


“Bu gün ənənəvi partiyalar və sistemlər öz gücünü itirib, çünki hazırda rəqəmsal dünya öz sözünü deyir”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deyib.

“Amerikada 400 siyasi partiya var, amma seçkilərdə ikipartiyalı mübarizəni görürük. İndi biz postsovet ölkələrdə başqa şeylər görürük. Ölkələrin siyasi sistemində xarici təsirlər müşahidə edilir və buna qarşı birləşməyə ehtiyac var.  pizza hut

Digər ölkələrdə oliqarxları gördük. Ona görə də xaricdən olan təsirlərin qarşısını almaq üçün biz də öz siyasi sistemimizə müəyyən məhdudiyyətlər qoymaq məcburiyyətindəyik. Xaricdən maliyyələşən siyasi korrupsiya çox ciddi amildir”, - deyə deputat oliqarxların siyasi fəaliyyətinə məhdudiyyət qoyulmasını təklif edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!