Ölkədə 1.3 milyardlıq ev tikilib

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə 1.3 milyardlıq ev tikilib

İqtisadiyyat

23 Yanvar 2019 17:14 1657


2018-ci ildə bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 2084,7 min kvadrat metr və ya ötən illə müqayisədə 3,3 faiz çox yeni yaşayış evləri tikilib istifadəyə verilib.

“Yeni Sabah” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, il ərzində mənzil tikintisində istifadə edilmiş vəsaitin həcmi 1313,8 milyon manat olub, onun 252,3 milyon manatı dövlət, 1061,5 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisə və təşkilatların, habelə əhalinin payına düşüb.

Ölkə vətəndaşları mənzil şəraitlərinin yaxşılaşdırması məqsədilə şəxsi vəsaitləri hesabına 2018-ci ildə 13,7 min fərdi yaşayış evi tikiblər ki, onların 23,3 faizi Bakı şəhərində, 19,5 faizi Naxçıvan Muxtar Respublikasında, 4,0 faizi Masallı, 3,9 faizi Sabirabad rayonlarında, 49,3 faizi isə ölkənin digər şəhər və rayonlarında inşa edilib. pizza hut

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!