Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın ötənilki gəlirləri əvvəlki ilə nisbətən az olub.
Bunlar "Yapı Kredi Bank Azərbaycan", İran Milli Bankının Bakı filialı, "AFB Bank", "Atabank", "Azər-Türk Bank" və Pakistan Milli Bankının Bakı filialıdır. Ən çox azalma Pakistan Milli Bankının Bakı filialında (55,8%), ən az azalma isə "Yapı Kredi Bank Azərbaycan"da (4,5%) qeydə alınıb.
2 bankın - "Bank of Baku" və "Xalq Bank"ın gəlirləri demək olar ki, dəyişməyib. Dominos pizza
Qalan 22 bankın isə gəlirləri artıb. Ən yüksək dinamika "Bank VTB Azərbaycan" da (5,2 dəfə), ən aşağı dinamika isə "Günay Bank"da (4,3%) qeydə alınıb.
Renkinq.az
Telegram kanalımız