Ölkədə iki yeni radio açıla bilər - Adlar

saytların hazırlanması

Evə çatdırılma

Ölkədə iki yeni radio açıla bilər - Adlar

Rəqəmsal

04 Mart 2024 19:14 6026


Ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilən müsabiqə başa çatıb.

Azərbaycan Audiovizual Şurasından Yenisabah.az-a verilən məlumata görə, Şuranın 23 yanvar 2024-cü il tarixdə elan etdiyi müsabiqə üzrə sənəd qəbulu başa çatıb.

Müsabiqəyə 2 ərizəçi sənədlərini təqdim edib: Dominos pizza

"Sağlam Media" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Sağlam Radio")

"Orion Sky" Məhdud Məsuliyyətli Cəmiyyəti (radio kanalın adı: "Həyat FM")

"Media haqqında" Azərbaycan Respublikası Qanununun 52.4-cü maddəsinə əsasən növbəti 10 iş günü müddətində təqdim olunmuş sənədlərə baxılacaq və ərizəçilərin müsabiqəyə buraxılmaları və ya müsabiqəyə buraxılmasından imtina edilmələri barədə qərarlar qəbul ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!