“Ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur“

saytların hazırlanması

Evə çatdırılma

“Ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur“

Rəqəmsal

06 Mart 2019 22:19 1200


Bu gün Milli Televiziya və Radio Şurasında (MTRŞ) televiziya və radio kanallarının rəhbər şəxsləri ilə görüş keçirilib.

“Yeni Sabah” xəbər verir ki, MTRŞ sədri Nuşirəvan Məhərrəmli jurnalistlərə bildirib ki, görüşün keçirilməsində məqsəd Azərbaycanda teleradio yayımı məkanında teleseriallarla bağlı mövcud vəziyyəti müzakirə edib, problemlərin həlli yollarını tapmaq idi.

N.Məhərrəmli Azərbaycan televiziya məkanında serialların mövcud vəziyyətinin çox narahatverici olduğunu bildirib. Dominos pizza

O qeyd edib ki, serialların ssenarisi, qeyri-peşəkar aktyorların iştirakı, texniki çatışmazlıqlar, Azərbaycanın ailə dəyərlərinə uyğun olmayan mövzular, teleseriallarda bayağı, qeyri-etik ifadələrin işlədilməsi narahatedici məqamlardır:

“Ona görə də bu sahədə çalışanlarla məsələləri müzakirə edib problemləri aradan qaldırmaq istəyirik. Ölkədə nümayiş olunan seriallar həddən artıq çoxdur. Narazılıq adətən komediya və kriminal janrda çəkilən seriallarla bağlıdır. Bu seriallarda Azərbaycan ailəsinə xas olmayan hərəkətlər göstərilir. Qayınata - kürəkən, qayınana - kürəkən, ata - oğul, ata - qız, bacı - qardaş münasibətləri, hörmətsiz ağsaqqal, qeyrətsiz oğul məsələsi efirdə geniş istifadə olunur. Bu da bizi narahat edən məqamlardandır”.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!