Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 201 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenisabah.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 35 185, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 021 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 422 241, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 174 186, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 248 055 nəfər təşkil edir. pizza
Telegram kanalımız